Malta rəsmilərinin ehtimallarına əsasən araşdırmaçı jurnalist Daphne Caruana Galizia-nın ölümünə səbəb olan partlayıcı qurğu məsafədən idarə olunub.
Hökumət sözçüsü bu ehtimalın Mosta şəhərinin yaxınlığındakı Bidnica rayonunda baş vermiş avtomobil partlayışının ilkin istintaq nəticələri əsasında müəyyən edildiyini deyib.
Daphne Caruana Galizia siyasətçiləri korrupsiyada ittiham edən bloquna görə məhşur idi.
Bununla yanaşı bir grup jurnalist Maltanın paytaxtı Valettada yürüş keçirərək qətlin onları qorxutmayacağını deyib.
"Birimizə hücum qaranlıq saxlamaq istədiyi yerlərin işıqlandırılmasının qarşısını ala bilməyəcək", Times of Malta qəzetinin internet redaktoru Herman Grech deyib. Jurnalistlərin birgə bəyanatını oxuyarkən, o "bizdən birimizə qarşı hücum bizi susdurmayacaq" deyib.Cümə axşamı günü isə jurnalistin oğulları cinayət işində hökmlə nəticələnən məlumata görə təklif edilmiş bir milyon avroluq mükafatı dəstəkləməkdən imtina ediblər.
Onun oğlu Matthew Caruana Galizia-nın Facebook səhifəsində paylaşdığı və qardaşları Andrew və Paul-un da imzaladığı bəyanatda "anamızın qatilinin məhkum edilməsilə nəticələnən dəlilə görə bir milyon avroluq mükafatı dəstəkləmək üçün" Malta liderləri tərəfindən "fasiləsiz təyziq altındayıq" yazıb.
Xanım Galizia-nın oğulları həmçinin Maltanın Baş naziri Joseph Muscat-ın istefasını tələb ediblər.
"Xatirələrimizdə anamızı həmişə susdurmağa çalışan insanlar ədaləti təmin edə bilməzlər", onlar yazır.
Onlar Baş nazir Joseph Muscat-ı hədəfə alaraq onu vəzifəsindən istefa verməyə çağırıblar. "Siyasi məsuliyyət göstər və istefa et. Bizim mühüm hüquqlarımızı müdafiə etməkdə uğursuzluğuna görə istefa et", onlar deyib.
Qardaşlar, həmçinin ondan Maltanın polis komissarını və baş prokurorunu "ona (baş nazirə) və onun qoruduğu şəxslərə qarşı dəlillər üzrə hərəkət etməkdən qorxmayan dövlət qulluqçuları ilə" əvəz etməsini tələb ediblər.
Xanım Caruana Galizia-nın ölümündən sonra, cənab Muscat qətli "ölkəmizdə ifadə azadlığına" qarşı bir hücum olduğunu deyərək qınayıb.
BBC-yə verdiyi müsahibədə, Baş nazir jurnalisti "mənim sərt tənqidçim" və onun qətlini isə "bir kabus" kimi təsvir edib.
"Mən buna səbəbin onun yazdığı və ya yazmağa planlaşdırdığı bir şeyin olub-olmadığını bilmirəm", o deyib.
Daphne Caruana Galizia hökumətin sərt tənqidçisi idi. Onun Panama sənədləri barədə araşdırması və Baş nazir Joseph Muscat-a qarşı korrupsiya iddiaları Maltada erkən seçkilərə nəticə vermişdi.
Cənab Muscat və onun həyat yoldaşı gizli ofşor bank hesabları vasitəsilə Azərbaycan prezidentinin ailəsindən aldıqları pulları gizlətdikləri iddialarını rədd edirlər.
Korrupsiya iddialarına baxmayaraq, cənab Muscat erkən seçkilərdə qalib gələrək öz vəzifəsində qalıb.
Xanım Caruana Galizia bloqunda həmçinin müxalifət siyasətçilərini də tənqid etmişdi və sonuncu yazısında ölkədəki siyasi vəziyyətin "ümidsiz" olduğunu demişdi.