Krım tatar liderləri azadlığa çıxıblar

Krım tatar liderləri azadlığa çıxıblar
26 Oktyabr 2017
Mətni dəyiş

Ukrayna hakimiyyəti bu yaxınlarda Rusiyada həbs cəzası kəsilmiş Krım tatar liderlərinin azadlığa buraxıldığını bildirir. Akhtem Chiygoz və Ilmi Umerov Türkiyəyə yollanıblar.

Umerov və Chiygoz Rusiyanın nəzarətində olan Krımda saxlanırdılar. Ukraynanın informasiya siyasəti nazirinin birinci müavini Emine Dzhappar Azad Avropa/AzadlıqRadiosu-na bildirib ki, onlar oktyabrın 25-də Türkiyəyə təhvil veriliblər.

Hazırda Ukraynada deputat olan veteran tatar lideri Mustafa Dzhemilev da Chiygoz və Umerov-un Türkiyəyə göndərildiyini söyləyib.

“Daha iki girov, siyasi məhbus azadlıq əldə edib”, – vəkil Nikolai Polozov "Facebook"-da yazıb.

Sentyabrda Chiygoz qanunsuz nümayiş təşkil etməkdə təqsirli bilinərək 8 il, Umerov isə separatçılıq ittihamıyla 2 illik həbs cəzasına məhkum edilib. İnsan haqları qrupları bu hökmləri pisləmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun