Kimya üzrə Nobel mükafatı laureatlarının adları bəlli olub

Kimya üzrə Nobel mükafatı laureatlarının adları bəlli olub
4 Oktyabr 2017
Mətni dəyiş

2017-ci il Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. 

Abzas.net xəbər verir ki, Nobel Komitəsinin qərarı ilə mükafata alimlər Jack Dubose (İsveçrə), Joachim Frank (ABŞ) və Richard Henderson (Britaniya) layiq görülüblər.

Onlar “Məhlulda biomolekuların yüksək həll strukturunu müəyyənləşdirmək üçün krioelektron mikroskopun hazırlanması” sahəsindəki işlərinə görə bu mükafata layiq görülüb.

Bu il bunadək tibb və fiziologiya sahəsində və fizika səhəsində Nobel mükafatının qalibləri elan olunub.

Tibb və fiziologiya sahəsi üzrə Nobel mükafatına Amerikalı alimlər - Jeffrey Hall, Michael Rosbash və Michael Young layiq görülüblər. Onlar insan orqanizmində “molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf ediblər.

Fizika səhəsi üzrə Nobel mükafatına isə yenə Amerikalı alimlər - Rainer Weiss, Barry Barish və Kip Thorne layiq görülüblər. Bu alimlər kosmik mənşəli qravitasiya dalğasını müəyyən ediblər.

Oktyabrın 9-da iqtisadiyyat sahəsində laureatların adları açıqlanacaq. Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı isə 6 oktyabr tarixində açıqlanacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun