Katalonların lideri İspaniya hakimiyyətinin verdiyi qərarları tanımadığını bəyan edib

Katalonların lideri İspaniya hakimiyyətinin verdiyi qərarları tanımadığını bəyan edib
28 Oktyabr 2017
Mətni dəyiş

Kataloniya hökumətinin vəzifəsindən kənarlaşdırılmış keçmiş rəhbəri Carles Puigdemont İspaniya hökumətinin bu qərarını tanımadığını bildirib.

"El Pais"-in məlumatına görə, K. Puigdemont regionun müstəqilliyi üçün dinc mübarizəyə çağırıb:

"Biz azad dövlətin yaradılması üzərində işi davam etdirəcəyik."

Separatçı lider bəyan edib ki, İspaniya hökumətinin qərarları Kataloniyanın iradəsinə ziddir.

"El Mundo" yazıb ki, K. Puigdemon vəzifəsini tərk etməkdən imtina edərsə, onu 1 ildən 3 ilə qədər həbs gözləyə bilər.

Kataloniya parlamenti oktyabrın 27-də müstəqilliyini elan edib. İspaniya Senatı isə Konstitusiyanın 155-ci maddəsi əsasında regionda birbaşa idarəçiliyin tətbiqinə qərar verib. Bu qərardan sonra Kataloniya parlamenti və hökuməti buraxılıb.

Bu gün İspaniya baş nazirinin müavini Maria Soraya Saenz de Santamaria Kataloniyanın müvəqqəti rəhbəri təyin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun