Son günlər Fövqəladə Hallar Nazirliyində (FHN) bir neçə yüksək vəzifəli şəxsin işdən azad olunması ilə bağlı məlumatlar yayılıb.
Abzas.net xəbər verir ki, bu barədə yerli mətbuata ilk dəfə FHN-nin mətbuat katibi Oqtay Bayramov açıqlama verib. Vəzifəli şəxs deyib ki, FHN-dəki vəzifəsindən ayrılır.
Mətbuat katibi bildirib ki, onun FHN-dən getməsinin əsas səbəbi ailə məsələləri ilə bağlıdır.
Bu açıqlamadan sonra da FHN-də işdən çıxarılan vəzifəli şəxslərlə bağlı məlumatlar yayılmağa davam edib.
Məlumata görə, Oqtay Bayramovla yanaşı FHN-in ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Səbuhi Ağayev də vəzifəsindən azad olunub. O, eyni zamanda Kəmaləddin Heydərovun köməkçisi idi.
İddialara görə, FHN-də baş verən kütləvi ixtisarların kökündə külli miqdarda yeyinti faktları və etimad problemi dayanır.