İvana Trampın “birinci lediyəm” açıqlamasına Melaniyadan cavab

İvana Trampın “birinci lediyəm” açıqlamasına Melaniyadan cavab
10 Oktyabr 2017
Mətni dəyiş

ABŞ prezidenti Donald Trampın birinci arvadı İvana Tramp Melaniyanı qəzəbləndirən açıqlama verib.

Abzas.net xəbər verir ki, biznesvumen və keçmiş fotomodel olan İvana ABC telekanalına müsahibəsində yeni işıq üzü görəcək “Raising Trump” adlı kitabından danışıb. Daha sonra zarafatla özünü birinci ledi adlandırıb:

“Məndə Ağ Evin nömrəsi var, lakin mən ora zəng etmək istəmirəm. Çünki orada Melaniya var. Hər hansı qısqanclığın səbəbkarı olmaq istəmirəm. Axı mən bütün hallarda Trampın ilk arvadıyam, birinci lediyəm”.

Melaniya Trampın mətbuat katibi isə cavab olaraq bildirib ki, Melaniya öz statusundan kitabını satmaq üçün deyil, uşaqlara yardım etmək üçün istifadə etmək niyyətindədir. İvana bununla sadəcə diqqət cəlb etməyə çalışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun