İspaniya Kataloniyanın muxtariyyatın ləğv edir: seçkilər keçiriləcək

İspaniya Kataloniyanın muxtariyyatın ləğv edir: seçkilər keçiriləcək
21 Oktyabr 2017
Mətni dəyiş

İspaniya höküməti Kataloniyanın muxtariyyatını ləğv edir.

Abzas.net xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Mariano Rajoy açıqlama verib.

Oktyabrın 21-də baş tutan nazirlər kabinetinin iclasından sonra çıxış edən Rajoy bildirib ki, Kataloniya artıq Madriddən idarə olunacaq:

"Muxtariyyatın məhdudlaşdırılması prosesi çərçivəsində Kataloniya rəhbərliyi istefaya göndəriləcək, parlament isə buraxılacaq və yenidən seçkilər keçiriləcək. Onların səlahiyyətləri mərkəzi hakimiyyətə ötürüləcək."

İspaniya hakimiyyəti Konstitusiyanın 155-ci maddəsini işə salaraq bu addımları atacağını bəyan edib. Konstitusiyanın 155-ci maddəsinə əsasən, yerli rəhbərliklər qanunlara zidd hərəkət edəcək, ölkənin maraqlarına təhlükə törədəcək əməllərə ət attığı halda, həmin regionun muxtariyyatı ləğv edilə bilər.

Kataloniyada yarım il ərzində, hər şey qaydasına düşənədək parlamentə seçkilər keçiriləcək. Yeni seçilmiş parlament isə daha sonra yeni rəhbərliyi təsdiqləyəcək.

Hakimiyyətin Kataloniya rəhbərliyinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təklifinin oktyabrın 27-də İspaniya Senatı tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Qərar təsdiqləndikdən bir gün sonra qüvvəyə minəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun