İspaniya hökuməti Kataloniyada yeni seçkilər keçirəcək

İspaniya hökuməti Kataloniyada yeni seçkilər keçirəcək
20 Oktyabr 2017
Mətni dəyiş

Gələn ilin yanvarında Kataloniya əyalətində növbədənkənar parlament seçkiləri keçiriləcək.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı İspaniya hökuməti ilə müxalifətdə olan Kataloniyanın Sosialist Fəhlə Partiyası arasında razılıq əldə edilib.

Həmin partiyanın təmsilçisi Karmen Kalvo bildirib ki, seçkilər Kataloniya muxtariyyətinin ləğvi ilə bağlı İspaniya Konstitusiyasının 155-ci maddəsinin tətbiqi çərçivəsində keçiriləcək.

İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunun dayandırılması üçün prosedurlara başlayıb. Həmin maddəyə əsasən, Kataloniya əyalətinin muxtariyyət statusu ləğv olunacaq. Bunun üçün prosedurların oktyabrın 21-dən icra olunmasına başlanılacaq.

İspaniya hökuməti Kataloniyadakı yerli hakimiyyətə krallığın tərkibindən çıxıb-çıxmamaqla bağlı qərarı elan etmək üçün oktyabrın 19-u saat 12:00-dək (Bakı vaxtı ilə) möhlət vermişdi. Kataloniya hökumətinin başçısı Karlos Puçdemon oktyabrın 19-da bildirib ki, İspaniya hökuməti onun görüş tələbini qəbul etməzsə, əyalət parlamenti krallığın tərkibindən çıxdığını elan edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun