İspaniya Ali Məhkəməsi Kataloniyalı liderlərdən ikisinin həbs edilməsi haqda qərar verib

İspaniya Ali Məhkəməsi Kataloniyalı liderlərdən ikisinin həbs edilməsi haqda qərar verib
17 Oktyabr 2017
Mətni dəyiş

İspaniya Ali Məhkəməsi Kataloniya qurumlarının rəhbərlərindən iki  nəfərin həbsinə order verib. 

Abzas.net xəbər verir ki, bunlar Kataloniya Milli Assambleyasının (ANC) rəhbəri Jordi Sanchez və "Omnium Cultural" təşkilatın başçısı Jordi Cuixart-dır. Onlar qiyama cəhddə şübhəli bilinirlər və istintaq altındadırlar.

Prokurorluğun sözlərinə görə, Jordi Sanchez və Jordi Cuixart 1 oktyabrda keçirilən müstəqillik referendumunun planlaşdırılmasında vacib rol oynayıblar.

İspaniya Konstitusiya məhkəməsi həmin səsverməni qanunsuz adlandırıb.

Jordi Sanchez və Jordi Cuixart haqqında çıxarılan həbs qərarı Kataloniya ətrafında vəziyyəti daha da gərginləşdirib. Müstəqillik tərəfdarı Kataloniya hökumət binalarının qarşısına toplaşıb, "Siyasi məhbuslara azadlıq" şüarı qaldıraraq onlara azadlıq tələb edirlər.

Bu həbslərə Kataloniyanın rəhbəri Carles Puigdemont da münasibət bildirib:

"Onlar ideyaları həbsə atmağa çalışırlar, amma azadlıq ehtiyacını daha da gücləndirirlər".

Separatçı qruplar 17 oktyabr tarixinə etiraz aksiyası üçün çağırış ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun