İraqın baş naziri Haydar el-İbadi Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi referendumla bağlı yeni açıqlama verib.
Məbuat konfransında çıxış edən İbadi deyib: "Referendum artıq başa çatdı və tarixdə qaldı. İraq bayrağı bütün iraqlılarındır. Ölkənin hər yerində asılmalıdır. Daha əvvəl də dediyim imi, federal idarə sisteminin bütün ölkədə tətbiq edilməsi barədə sözümə sadiqəm".
Referendumdan əvvəl Kürd Muxtariyyəti rəhbərliyini xəbər etdiyini qeyd edən baş nazir: "ŞİKM rəsmilərini referendumun hər şeydən əvvəl kürdlərin ziyanına olduğu barədə xəbərdar etmişdim"-deyib.
Provokasiyalara qarşı xəbərdarlıq edən baş nazir deyib: "Ölkədə heç bir vətəndaş müharibəsi olmayacaq. Kərküklü vətəndaşlara ziyan vurulmaması xəbərdarlığını edirəm. Bayraq yandırma aksiyaları pis niyyətli cəhdlərdir".