“Biz yalnız referendumun ləğvini və İraq Konstitusiyasına əməl edilməsini qəbul edirik”.
"CNN Türk"-ün məlumatına görə, bunu hazırda Tehranda səfərdə olan İraqın Baş naziri Haider al-Abadi deyib.
Ölkəsinin şimalındakı Kürd Muxtar Əyalətinin başçısı Məsud Barzaninin sentyabrın 25-də bölgədə keçirilən “referendum”un nəticələrini dondurmağa hazır olamaları ilə bağlı təklifə münasibət bildirən İraqın hökumət başçısı vurğulayıb ki, yalnız referendum tam ləğv olunandan sonra muxtariyyətlə danışıqlar aparıla bilər.
Bu, rəsmi Bağdadın M.Barzani-nin təklifinə ilk münasibətidir.
Oktyabrın 25-də Masoud Barzani “referendum”u dondura biləcəkləri barədə dünya ictimaiyyətinə müraciət edib.