İraqın Mosul bölgəsinin qərbinda partlayış baş verib.
Partlayış nəticəsində 7 hərbçi ölüb, 10-u müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xarici mətbuatın məlumatına görə, hadisə İraqın Xalq Qurtuluş Qüvvələrinin binaya qoyulan minanı zərərsizləşdirərkən baş verib.
Yaralılara tibbi yardım göstərilib.
BMT-nin İraqdakı missiyasının aylıq hesabatına görə, silahlı münaqişə nəticəsində sentyabrda 10-u xarici ölkə vətəndaşı olmaqla 196 mülki şəxs öldürülüb, 381 nəfər isə yaralanıb.