İran nüvə sazişi: Trump dəstəkdən imtina edə bilər

İran nüvə sazişi: Trump dəstəkdən imtina edə bilər
13 Oktyabr 2017
Mətni dəyiş

ABŞ prezidenti Donald Trump-ın İranla nüvə sazişini təsdiqləməkdən imtina edərək daha sərt strategiya təqdim edəcəyi gözlənilir.

ABŞ sazişdən çıxmamaq üçün daxili və xarici təzyiqlərlə üzləşir.

Dövlət katibi Rex Tillerson məsələ ilə bağlı Avropa və Çin tərəfdaşları ilə məsləhətləşmələr aparır.

2015-ci ildə imzalanmış beynəlxalq sazişə əsasən İran sanksiyaların qismən ləğvi müqabilində öz nüvə proqramını dondurmalıdır.

Prezident Donald Trump uzun müddətdir ki, sazişin tənqidçisidir və öz seçki kampaniyasının gedişatında onu ləğv edəcəyini bildirirdi.

ABŞ prezidenti 90 gündən bir İranın saziş şərtlərinə əməl etməsini təsdiqləməlidir. Cənab Trump bu sazişi artıq iki dəfə dəstəkləyib.

Lakin onun dəstəkdən imtina edəcəyi barədə bəyanatları ABŞ müttəfiqləri və hətta onun öz administrasiyası daxilində narahatlıqla qarşılanmaqdadır.

Oktyabrın əvvəlindəki Senat dinləmələrində müdafiə naziri James Mattis sazişdən çıxmağın ABŞ maraqlarına cavab vermədiyini deyib.

Cənab Trump Tehranı dəfələrlə sazişin "ruhun"a zidd hərəkətlərdə ittiham edib.

Hərçənd ki, Beynəlxalq Atom Energetikası Agentliyi və ABŞ Konqresi hesab edir ki, İran razılaşmaya əməl edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun