2017-ci İqtisadiyyat üzrə Nobel mükafatının qalibi bəlli olub.
Abzas.net xəbər verir ki, amerikalı alim Richard Thaler İqtisadiyyat üzrə Nobel mükfatına layiq görülüb.
Thaler “Davranış iqtisadiyyatının əsasları" kitabının müəllifidir və bu sahədə olan araşdırmalarına görə Nobel mükafatına layiq görülüb.
Bu il fizika sahəsi üzrə Nobel mükafatına amerikalı alimlər Rainer Weiss, Barry Barish və Kip Thorne layiq layiq görülüblər.Onlar kosmik mənşəli qravitasiya dalğasını müəyyən ediblər.
Tibb və fiziologiya sahəsi üzrə Nobel mükafatına ABŞ-dan olan alimlər - Jeffrey Hall, Michael Rosbash və Michael Younga layiq görülüblər. Alimlər insan orqanizmində “molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf ediblər.
Kimya üzrə Nobel mükafatına İsveçrədən olan alim Jack Dubose , ABŞ-dan Joachim Frank və Britaniyadan Richard Hederson layiq görülüb. Bu alimlər yüksək molekulyar biomolekulların strukturunu təyin etmək üçün krioelektron mikroskop hazırlayıblar.
Ədəbiyyat üzrə Nobel mükafatına yapon əsilli, britaniyalı yazıçı Kazuo İshiguro layiq görülüb.
Nobel Sülh Mükafatı Nüvə Silahlarının Ləğvi Beynəlxalq Kampaniyasına (ICAN) verilib.
Mükafatların təqdimat mərasimi dekabrın 10-da İsveçin paytaxtı Stokholmda keçiriləcək. Laureatlara 9 milyon İsveç kronu (1,12 milyon dollar) veriləcək.