Prezident İlham Əliyev Rusiyanın Soçi şəhərinə səfər edib.
Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Soçi şəhərinə səfər edib.
Soçi Beynəlxalq Aeroportunda İlham Əliyevi Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev, Soçi şəhərinin meri Anatoli Paxomov və digər rəsmi şəxslər qarşıladılar.