7 oktyabr Bakıda müxalifətin növbəti mitinqi baş tutdu. Mitinqə minlərlə insan üz tutub, problemlərini və istəklərini səsləndirdi. 7 oktyabr mitinqindən əvvəl və sonra baş verənləri sizə təqdim edirik.
23 sentyabr mitinqindən öncə və sonra baş tutan təzyiqlər, ittihamlar bu mitinqdən də sonra səngimədi.
Mitinqin təşkilatçıları polis idarələrinə, icra hakimiyyətlərinə çağrıldı və xəbərdarlıq edildi, bir neçə təşkilatçı inzibati qaydada 30 günə qədər həbs edildi. Görünür, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırlmış bu mitinq, hakimiyyəti ciddi şəkildə narahat etmişdi.
Buna da bax: 7 oktyabr mitinqi ərəfəsi təzyiq edilən AXCP üzvləri – SİYAHI
Elə ona görə idi ki, mitinqdən sonra hakimiyyət nümayəndələri bu mitinqi xarici qüvvələrin sifarişi ilə təşkil edilmiş mitinq kimi təqdim etməyə çalışdılar.
Yox, biraz qabağa getdik, arxaya baxaq...
Daha nələr oldu?
Əvvəlcə, 200-ə yaxın mitinq təşkilatçısı Polisə, İcra Hakimiyyətinə çağrıldı. Onlardan 14 nəfər həbs edildi. Daha sonra, hakimiyyətə yaxın saytlar mitinqin təxirə salındığını trajladılar. Müxalifət isə, mitinqin təxirə salınmadığını, bütün hallarda keçriləcəyini bildirdi.
"Biz nə ittihamları ciddi ittiham kimi qəbul edirik, nə də onu səsləndirən hökumət nümayəndələrin ciddi adam kimi qəbul edirik"
AXCP lideri Əli Kərimli Abzas.net-ə deyir ki, Əliyevlər hakimiyyəti dövründə Azərbaycanın bu torpaqları uzun illər öz qanı bahasına qoruyan 33 batalyonu təxris etdi.
"Nəticədə də Heydər hakimiyyətinin ilk aylarında, daha dəqiqi, 1993-cü ilin dekabrına qədər Ermənistan ard-arda Azərbaycanın 5 rayonu işğal etdi".
Patiya sədri deyir ki, hakimiyyət xalqı şərləməyə çalışır. Onun sözlərinə görə, hakimiyyətin hələ də Ermənistanla əlaqələri yüksək səviyyədədir.
"Yüzlərlə şəhid verdikdən sonra "Aprel döyüşləri"ni ermənilərin xahişi ilə dayandıranlar, ermənilərlə şərab nostaljisi yaşayanlar bizi nədəsə ittiham edə bilməzlər. Bunu xalq da ciddi qəbul etməz. Mitinqə gələn minlərlə insan bu xalqın nümayəndəsi idi" - deyə Milli Şuranın kordinasiya mərkəzinin üzvü bildirir.
Ə.Kərimli deyir ki, mitinqdən əvvəl və sona həbs edilənlər mitinqin təşkilatçıları idi.
"Hakimiyyətin təzyiq etdiyi şəxslər sıravi mitinq iştirakçıları deyildi, onlar təşkilatçılar, partiya funksionerləri idi. Ancaq 23 sentyabr mitinqindən həbs edilən bu funksionerlər 7 oktyabr mitinqinə kimi azadlığa çıxıb mitinqdə iştirak etdilər. Hakimiyyətin bu əməli də nəticə vermədi".
7 oktyabr saat 14:20 - elə yavaş-yavaş mitinqin baş tutacağı "Məhsul" meydanına üz tutduq.
Mitinq başlamasına dəqiqələr qalmış artıq insanlar mitinq meydanına yol almışdılar. Biz də polis yoxlanışından sonra meydana keçdik. Öncədən elan vermişdik ki, Abzas.net mitinqdən canlı yayım verəcək. Bu mümkün olmadı.
İnşaatçılar metrosunun yaxınlığında yerləşən bu ərazidə internet kəsilmişdi. Ümumiyyətlə sivyaz yox idi. Buna görə də canlı yayım mümkün olmadı. Liderlər tribunaya çıxdı və mitinq başladı
Çıxışçılar hakimiyyəti ölkədən milyardlarla pulun oğrulanmasında, siyasi represiyalarda, yanlış Qarabağ siyasətində, xalqa hesabat verməməkdə günahlandırırdılar.
Deyirilər ki, bütün bu yarıtmazlıqların başında Azərbaycan prezidenti İlham Əliyev dayanır.
Buna da bax: Azərbaycanda siyasi məhbusların siyahısı
Ara-sıra ərazidə işqıların söndürülməsi insanların etirazına səbəb olurdu. İnsanlar işıqların söndürülməsin "İstefa" şüarları ilə qarşılayırdılar.
Çıxışçılar isə, davam edirdilər...
Mitinq sona yaxınlaşırdı, növbəti mitinqin vaxtının meydanda elan edilməsi isə, xüsusi izdiham yaratdı.
Müxalifət liderləri insanlardan "Növbəti mitinqin zamanını öyrənməyə hazırsınızmı?" soruşması meydanda coşqu yaratdı. 28 oktyabr
Növbəti mitinq 28 oktyabr elan edildi. Məkan və saat eyni. Liderlər xalqı talana, yalana, monarxiyaya yox deməyə çağırdılar. Bu mitinqlərin davamlı olacağı anonsu verildi.
Mitinqdə beynəlxaql müşahidəçilərin, xarici jurnalistlərin olması da hakimiyyəti durdurmurdu. Mitinqin gedişatına süni əngəllər yaratmağa çalışırdılar ki, olmurdu.
Mitinqin qətnaməsin oxumaq üçün AXCP Gənclər Komitəsinin İdarə Heyyətinin üzvü Turan İbrahim tribunaya çağrıldı.
Gənc fəal qətnaməni oxumağa başlayanda artıq hiss edirdim ki, hakimiyyət narahat olub işıqları söndürəcək. Elə də oldu. Mikrafon söndü. Bu isə, işıqların sönməsi demək idi. Mitinq sona çatdı...
Mitinqdən kameramızın obyektivinə düşən maraqlı görüntüləri sizə təqdim edirik:
[embed]https://www.youtube.com/watch?v=eIew0yhYE58[/embed]