'Hakimiyyət seçkilərdə YAP üzvlərinin səsinə bel bağlamır və saxtakarlığa əl atır'

'Hakimiyyət seçkilərdə YAP üzvlərinin səsinə bel bağlamır və saxtakarlığa əl atır'
5 Oktyabr 2017
Mətni dəyiş

"Nəticə etibarilə Şimali Koreyadakı yanacaq satışı, bizdə isə mənzil təminatı güzəştlərində eynilik var: hakimiyyətlərin mövcudluluq və dayanıqlılıq fəlsəfəsindən doğan eyniyyət". 

Abzas.net xəbər verir ki, bu sözləri Nida Vətəndaş Hərəkatının İdarə Heyəti üzvü Əbülfəz Qurbanlı deputat Şəmsəddin Hacıyevin gənc yapçılarla bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Nidaçı bildirib ki, Şimali Koreyada yanacaqdoldurma məntəqələrindən yalnız hakim Əmək Partiyasının, hökumətin, Silahlı Qüvvələrin və xüsusi xidmət orqanlarının yüksək vəzifəli məmurları benzin almağa başlayacaq.

"Azərbaycanda isə YAP üzvü olan gənclər güzəştli şərtlərlə mənzil təmin olunacaq. Halbuki ölkədə yüz minlərlə gənc ailə kirayələrdə yaşayır. Müqayisə uğursuz ola bilər. Kim Çenin ölkəsinə yanacaq satışı ilə bağlı sanksiya tətbiq olunub. Kim Çendə ölkəsinin yanacaq ehtiyyatlarını artırmaq üçün benzinin satışına məhdudiyyət tətbiq edib".

[caption id="attachment_48072" align="aligncenter" width="1200"] Əbülfəz Qurbanlı[/caption]

Ə.Qurbanlı bildirib ki, Azərbaycanda isə YAP üzvü, təəssübkeşi olmaqla bağlı passiv də olsa, etiraz var.

"Heç kim könüllü qaydada YAP-a üzv yazılmır. Yazılanlar da ideya, məram naminə yox, karyera, yaşıl işıq üçün üzv olur. Hələ bu cür seçimin özü də mübahisəlidir. Çünki Azərbaycan hakimiyyəti və onun başçısı siyasi fəaliyyətdə bu partiyanın platformasına söykənmir, seçkilərdə bu partiyanın elektoratının səsinə ümid etmir və saxtalaşdırmaya əl atırlar".

Əbülfəz Qurbanlı deyir ki, hakim partiyaya üzv olmaq hakimiyyətdəkilərin rəğbətini, xoş münasibətini qazanmaq demək deyil. Həm də bir sıra YAP yaradanların, qocaman "91-lər"in (Əli İnsanov, Sirus Təbrizli kimi) partiyalarının "tüstüsünə kor olmaq" faktı varkən.

Xatırlatma

Bir neçə gün əvvəl YAP Səbail Rayon Təşkilatının rəhbəri Şəmsəddin Hacıyev partiyanın yeni qərargahının açılışında YAP üzvlərinə ipoteka krediti ilə mənzil götürülməsinə xüsusi güzəştlərin edilməsindən danışıb.

Deputat bildirib ki, ipoteka krediti vasitəsilə YAP  işçilərinə, xüsusilə də partiya sıralarında olan gənclərin  sosial vəziyyətinin yaxşılaşdırmaq üçün belə bir şərait yaradılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun