Həbs olunmuş AXCP üzvünün səhhəti kəskin pisləşib

Həbs olunmuş AXCP üzvünün səhhəti kəskin pisləşib
12 Oktyabr 2017
Mətni dəyiş

İnzibati qaydada həbs edilərək 30 gün azadlıqdan məhrum edilən AXCP üzvü Füzuli Hüseynovun səhhətinin kəskin pisləşdiyi bildirilir. 

Abzas.net xəbər verir ki, bu barədə Hüseynovun yaxınları məlumat veriblər.

Məlumata görə, Füzuli Hüseynov siyasi məhbuslara azadlıq tələbi ilə aclıq aksiyası keçirir. O, su belə içmir. Yaxınları deyir ki, o, titrəyə-titrəyə danışırmış.

"Rəngi qaçmışdı, divardan tutub gəzirdi. Danışdanda titrəyə-titrəyə danışırdı" - deyə yaxınları bildirib.

Xatırlatma

Fizuli Hüseynov Milli Şurasının 7 oktyabra təyin etdiyi mitinqdən öncə saxlanılıb. Onu polisə müqavimətdə ittiham edib 30 gün azadlığdan məhrum ediblər.

Hüseynov isə, həbsini Milli Şuranın 7 oktyabr mitinqinə çağrış etməsi ilə əlaqələndirir. O, həbs olunduqdan sonra Müvəqqəti Həbs Edilənlərin Saxlanma Məntəqəsində siyasi məhbuslara azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun