Gürcüstanda bələdiyyə-mer seçkilərinin nəticələri açıqlanıb [böyük şəhərlər]

Gürcüstanda bələdiyyə-mer seçkilərinin nəticələri açıqlanıb [böyük şəhərlər]
22 Oktyabr 2017
Mətni dəyiş

Oktaybrın 21-də Gürcüstanda bələdiyyə və mer seçkiləri keçirilib. Əsas mübarizə böyük şəhərlərin mer postları üstündə gedib. Mərkəzi Seçki Komissiyası artıq nəticələri elan etməyə başlayıb.

Abzas.net xəbər verir ki, paytaxt Tbilisidə Mərkəzi Seçki Komissiyası ilkin nəticələrin Kaladzenin 51,1 faiz səs topladığını göstərdiyini açıqlmayıb.

Birləşmiş Milli Hərəkatın namizədi Zaal Udumashvilinin 17,5, müstəqil namizəd Aleko Elisashvilinin isə 16.5 faiz səs topladığı bildirilir.

Exit-poll-lar da göstərir ki, keçmiş futbolçu Kaxa Kaladze Tbilisi meri vəzifəsi uğrunda mübarizəni udur.

İqtidarın namizədi Kaladze paytaxta qalib gəlir

İmedi telekanalı və Gorbi şirkətinin keçirdiyi exit-poll hakim "Gürcü arzusu" koalisiyasını təmsil edən Kaladzenin təxminən 53 faiz səs topladığını göstərib.

Birləşmiş Milli Hərəkatın namizədi Zaal Udumashvili və müstəqil namizəd Aleko Elisashvili hərəyə təxminən 14 faiz səs toplayıblar.

Bu o deməkdir ki, bələdiyyə seçkilərinin paytaxtda keçirilən hissəsində ikinci tur olmaya bilər.

Rustavi2 TV-sinin keçirdiyi exit-poll-un da nəticələri oxşardı.

Kaladzenin namizədliyini "Gürcü arzusu"nun yaradıcısı, ölkənin ən zəngin adamı, keçmiş baş nazir Bidzina Ivanishvili də dəstəkləyir.

İkinci böyük şəhər Kutaisidə ikinci tur ola bilər

Ivanişvili 2013-cü ildə siyasətdən getsə də, bir çoxları inanır ki, o, "kulis"dən "Gürcü arzusu"nu idarə etməkdə davam edir.

Kaladze turizmi daha da inkişaf etdirməyi, idarəçilikdəki bürokratik əngəlləri aradan qaldırmağı, yeni nəqliyyat şəbəkəsi qurmağı vəd edir.

Gürcüstanın ikinci böyük şəhəri Kutaisidə də qızğın mübarizə gedir. MSK-nın açıqladığı məlumata görə, hakim "Gürcü Arzusu" partiyasının namizədi 48,6 faiz, müxalif "Vahid Milli Hərəkat"ın namizədi isə 27 faiz səs toplayıb.

Bu o deməkdir ki, Kutaisidə böyük ehtimal ikinci tur seçkiləri keçiriləcək. Gürcüstan seçki qanununa görə, bələdiyyə seçkilərindən namizədlər qalib olmaq üçün azı 50%+1 səs toplamalıdırlar.

Xatırlatma

Oktyabrın 21-də Gürcüstanda keçirilən bələdiyyə seçkiləri hakimiyyətdə olan "Gürcü arzusu" koalisiyası üçün bir sınaqdır.

Çünki gələn il prezident seçkiləri olacaq.

Bələdiyyə seçkiləri hakim partiyanın xalq arasında populyarlığını nə dərəcədə qoruya bildiyini göstərəcək.​

"Gürcü arzusu" 2012-ci ildə keçmiş sabiq prezident Mixeil Saakaşvilinin partiyasını məğlub edərək hakimiyyətə gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun