ABŞ “Green Card” viza lotereyası üçün müraciətləri dayandırıb.
Abzas.net xəbər verir ki, bu barədə ABŞ-ın Ekvadordakı səfirliyinin rəsmi saytında məlumat veririlib.
Viza lotereyasına müraciətlərin dayandırılmasına səbəb kimi proqramın başlamasından qısa müddət sonra texniki problemlərin yaranması göstərilib.
Bildirilib ki, 3 oktyabr tarixindən etibarən edilən bütün ərizələr ləğv olunub və yenidən göndərilməsi xahiş olunur.
2019-cu il “Green Card” üçün yenidən müraciət tarixi 2017-ci il oktyabrın 18-də saat 11:00-dan başlayacaq və noyabrın 22-si saat 11:00-a kimi davam edəcək.