Oktyabrın 6-sı AXCP sədrinin müavini Gözəl Bayramlının həbs müddəti uzadılıb.
Abzas.net xəbər verir ki, bu barədə vəkil Zibeydə Sadıqova bildirib.
Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsi həbs müddətinin dekabrın 25-nə qədər uzadılması haqda qərar çıxarıb.
Bundan öncə istintaq Gözəl Bayramlının həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etmişdi.
XATIRLATMA
Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana keçərkən sərhəd keçid məntəqəsində saxlanılıb. Daha sonra, Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, onun sumkasına baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları aşkar edilərək götürülüb.
Mayın 26-sı Səbail rayon məhkəməsinin qərarı ilə, onun haqqında 3 ay həbs qətimkan tədbiri seçilib.
Gözel Bayramlı və AXCP ittihamları qəbul etmir və bildirirlər ki, bu iş quramadır və bir-başa Azərbaycan Xalq Cəbhəsinə qarşı təzyiq üsuludur.