"Gələn il vətəndaş və sahibkarlardan toplanacaq cərimələr 400 milyonu ötəcək"

"Gələn il vətəndaş və sahibkarlardan toplanacaq cərimələr 400 milyonu ötəcək"
24 Oktyabr 2017
Mətni dəyiş

"Gələn il yalnız sahibkarlara və ayrıca fərdlərə tətbiq olunan maliyyə sanksiyaları 280 milyon manat olacaq".

Abzas.net xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu Prezident Aparatının cərimə və sanskiyalardan pay götürən üçüncü tərəf olaraq bu prosesdə iştirakından danışarkən bildirib.

Ekspertin sözlərinə görə, hələ bu məbləğə cərimələr daxil deyil, yenidən hesablamalara görə, onu da nəzərə alanda gələn il toplanılacaq cərimə və sanksiyların büdcəsi 400 milyon manatı ötəcək.

PA işçilərinin pay götürməsi qanunsuzdur

“İqtisadi mahiyyətinə görə, bütün növ cərimə və sanksiyalar 2 təyinat üzrə istifadə oluna bilər. Cərimə və sanksiyalar bu xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanları ilə büdcə arasında bölüşdürülə bilər".

Qubad İbadoğlunun sözlərinə görə, burda üçüncü tərəfin iştirakı nəzərdə tutulmur. Cərimələrin Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə istifadə olunması "Büdcə sistemi haqqında" qanuna və "Büdcə təsnifatı haqqında" Nazirlər Kabinetinin qərarına ziddir:

"Görünür ki, bu qərar Prezident Aparatında aparılan son struktur dəyişikliklərindən sonra orada çalışan qulluqçuların əmək haqlarının artırılması zamanı maliyyə mənbəyi olmaması səbəbindən verilib. Hesab edirəm ki, yanlışdır. Həmin vəsaitlər dövlət büdcəsinə toplanmalı və oradan mərkəzləşdirilmiş qaydada bölüşdürülməlidir. Yalnız bu halda Prezidentin İşlər İdarəsi və Prezidentin Xüsusi Tibb Xidməti büdcə vəsaiti kimi oradan pay götürə bilərdi”.

Ekspertin sözlərinə görə, gələn il yalnız sahibkarlara və ayrıca fərdlərə tətbiq olunan maliyyə sanksiyaları 280 milyon manat olacaq.

“Bu məbləğə cərimələr daxil deyil, yenidən hesablamalara görə, onu da nəzərə alanda gələn il toplanılacaq cərimə və sanksiyların büdcəsi 400 milyon manatı ötəcək”.

Q.İbadoğlu deyir ki, inzibati xətalar, maliyyə sanksiyaları nəticəsində daxilolmaların bir hissəsinin xərclənməsi təyinatı Azərbaycan prezidentinin 1 may 2017-ci ildə imzaladığı fərman ilə müəyyənləşdirilib.

“Yeni qaydalara görə, əsas cərimə yazan təşkilat Dövlət Yol Polisinin topladığı vəsaitin 95 faizi yol hərəkəti təhlükəsizliyini təmin etmək və yol-patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə Daxili İşlər Nazirliyinin, 5 faizi isə Prezident Adminstrasiyasının hesabına köçürülür. Bu isə o deməkdir ki, sürücülərin və piyadaların ödədiyi cərimələrdən dövlət büdcəsinə 1 qəpik də vəsait daxil olmur".

İqtisadçı bildirir ki, həmin qaydalarla, vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləği vergi orqanları ilə büdcə arasında bərabər bölünür.

[caption id="attachment_39913" align="aligncenter" width="1280"] Qubad İbadoğlu[/caption]

"Sadəcə vergi orqanlarına çatan 50 faizin 5 faizi Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Prezidentinin Administrasiyasının hesabına köçürülür".

Ekspert bundan əvvəlki yazısında qeyd edib ki, növbəti ilin büdcəsində maliyyə sanskiyaları 140 milyon manat proqnozlaşdırılıb.

Bu isə o deməkdir ki, 2018-ci ildə vergi və digər dövlət orqanları tərəfindən 280 milyon manatlıq sansiya tətbiq edilməlidir ki, onun da 50 faizi, yəni 140 milyon manatı büdcəyə çatsın.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun