Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları açıqlanıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları açıqlanıb
2 Oktyabr 2017
Mətni dəyiş

İsveçdə fiziologiya və tibb sahələri üzrə Nobel mükafatının sahibləri elan edilib.

AMEA-dan verilən məlumata görə, bu il bu mükafata amerikalı alimlər Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq layiq görülüblər. Onların bu mükafata “hüceyrə saatı” adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə layiq görüldükləri bildirilib.

www.nobelprize.org saytı xəbər verir ki, laureatlar 9 milyon isveç kronu həcmində pul mükafatı alacaqlar. Ənənəyə uyğun olaraq, Nobel mükafatları dekabrın 10-da Alfred Nobelin ölümünün ildönümündə Stokholmda təqdim ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun