FİFA ilin ən yaxşılarını seçib: Ronaldo, Buffon, Zidane...

FİFA ilin ən yaxşılarını seçib: Ronaldo, Buffon, Zidane...
24 Oktyabr 2017
Mətni dəyiş

FİFA İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşılarının mükafatlandırma mərasimini keçirib.

Abzas.net xəbər verir ki, “The Best” adlı tədbirdə ilin ən yaxşı kişi futbolçusu adına "Real" Madrid klubunun şərəfini qoruyan Cristiano Ronaldo layiq görülüb.

Portuqaliya yığmasının lideri "Barselona"-da çıxış edən Lionel Messi və PSJ-nin hücumçusu Neymar-ı qabaqlayaraq dünyanın ən yaxşısı seçilib.

Qalibi iki əfsanəvi futbolçu Diego Maradona və Ronaldo Luis Nazario açıqlayıb. Onlara FİFA prezidenti Gianni İnfantino da qoşulub.

Tədbirdə həmçinin ilin ən yaxşı qapıçısı seçilib. İtaliya yığmasının və "Yuventus" klubunun kapitanı Gianluigi Buffon ilin yaxşı qapıçısı adına layiq görülüb. O, "Real" Madrid-in qapıçısı Keylor Navas və "Bavariya"-nın qapıçısı Manuel Neuer-i qabaqlayıb.

Bundan əlavə tədbir zamanı ilin ən yaxşı kişi məşqçisinin də adı açıqlanıb.

"Real" Madrid klubunun baş məşqçisi Zinedine Zidane 2017-ci ilin ən yaxşı məşqşisi adına layiq görülüb.

Ən yaxşı qadın məşqçisi adına Sarina Vigman, ən yaxşı qadın futbolçu adına isə Lieke Martens layiq görülüb.

İlin ən yaxşı qoluna verilən "Ferenc Puskas" mükafatı Fransanın və "Arsenal"-ın ulduzu Olivier Giroud-a təqdim edilib. O, "Kristal Palas"-la oyunda dabanı ilə vurduğu qola görə bu mükafata layiq görülüb.

Sonda Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) öz versiyası üzrə 2017-ci ilin rəmzi komandasını açıqlayıb:

Gianluigi Buffon, Marcelo, Sergio Ramos, Bonucci, Daniel Alves, Toni Kroos, Luka Modric, Andreas İniesta, Lionel Messi, Neymar, Cristiano Ronaldo.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun