Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması haqqında qanun layihəsinə oktyabrın 3-də keçirilən iclasında baxacaq.
Ermənistan KİV-nin yaydığı xəbərə görə, bunu parlamentin sədri Ara Babloyan bildirib.
“Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası sənədə baxaraq mənfi rəy bildirsə də, həmin qanun layihəsinə bu gün növbədənkənar qaydada baxılacaq”, - o vurğulayıb.
Müxalifət Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması haqqında parlamentə qanun layihəsi təqdim edib.