Oktyabrın 9-da Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ukraynada rəsmi səfərdə olub.
Abzas.net xəbər verir ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Kiyevdə ukraynalı həmkarı Petro Poroshenko ilə birgə keçirilən mətbuat konfransında yuxuya gedib.
Türkiyənin “Sputnik” internet portalı özünün "Twitter" səhifəsində həmin hadisənin videosunu paylaşıb.
Videoda açıq-aşkar görünür ki, Ukrayna prezidenti Poroshenko-nun çıxışı zamanı Erdoğanın gözləri yumulur və o yuxuya gedir, bir qədər keçdikdən sonra ayılır və yenidən yuxulayır.
Hətta, həmkarının yuxuladığını hiss edən Poroshenko əli ilə stola vurur.
[embed]https://www.youtube.com/watch?time_continue=140&v=j3zDD7zlcwM[/embed]Oktyabrın 9-da Ukraynada rəsmi səfərdə olan Erdoğanın səfər çərçivəsində ən diqqətçəkən açıqlaması Krımla bağlı olub. Türkiyə prezidenti, rəsmi Ankaranın Krımın Rusiya tərəfindən ilhaqını heç vaxt tanımayacağını bəyan edib.
Erdoğanın bu açıqlamasına münasibət bildirən rusiyalı senator Aleksei Pushkov bildirib ki, Türkiyə prezidentinin bu sözləri heç bir halda Krımın statusuna təsir edə bilməz:
"Erdoğan sadəcə Poroshenko-ya jest edib və bu sözləri Ukrayna prezidentinin rəğbətini qazanmaq üçün deyib.