Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya səfər edib.
Abzas.net xəbər verir ki, bu barədə XİN-nin mətbuat xidməti məlumat verib.
Məlumatda bildirilir ki, Elmar Məmmədyarov oktyabrın 24-25-də ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramı çərçivəsində təşkil olunan “Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı konfransda iştirak edəcək.
Tədbir çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra rəsmilərlə ikitərəfli görüşləri nəzərdə tutulub.