Son günlər ictimaiyyətdə, sosial şəbəkələrdə kərə yağının qiymətinin kəskin dərəcədə qalxması ilə bağlı müzakirələr gedir. İnsanlar daha çox bu məsələdən narahat olduqlarını bildirirlər.
Bu müzakirələrdən sonra Dövlət Gömrük Komitəsi 9 ay ərzində idxan olunan yağ məhsullarının orta statistik qiyməti ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, sentyabr ayında kərə yağının orta statistik qiyməti 5,20 dollar olub.
Açıqlama deyilir ki, idxal əməliyyatları zamanı gömrük dəyəri gömrük orqanlarına təqdim edilən xarici ticarət müqavilələrində müəyyən olunan satış qiymətləri, göndərmə şərtləri əsasında formalaşır və müvafiq gömrük ödənişləri hesablanır. Gömrük ödənişləri ödənildikdən sonra məhsul sərbəst dövriyyəyə buraxılır.
Gömrük komitəsinin elan etdiyi rəqəm şübhəlidirİqtisadçı ekspert Natiq Cəfərli Gömrük Komitəsinin elan etdiyi qiymətin reallığa uyğun olmadığını deyir. Ekspert bildirir ki, bununla bağlı sadə bir hesablama reallığı ortaya çıxarır:
"Bu gün Gömrük Komitəsi elan etdi ki, yağın idxal qiyməti sentyabrda 5,20 dollar olub. Gəlin hesablayaq. 5,20 dollar 8,84 manat, 15% idxal rüsumu (yeri gəlmişkən, hər hansı dövlət öz əhalisini hər hansı məhsul ilə daxili istehsal hesabına təmin edə bilmirsə, həmin məhsula maksimum idxal vergisi qoymaq absurddur) 1,32 manat, 18% ƏDV (yeri gəlmişkən, ölkədə ƏDV dolayı vergi növü olaraq sonda əhalinin cibindən çıxır, şirkətlər bu yükü də əhalinin üzərinə qoymağa məcbur olur) 1,83 manat (Gömrük 15% rüsumu qiymətə əlavə etdikdən sonra 18% hesablayır). Cəmi 11,99 manat".
Deyilən kimi olsa, uzağı 16 manat olar [caption id="attachment_40007" align="aligncenter" width="1280"] Natiq Cəfərli[/caption]Ekspertin sözlərinə görə, logistika və yol xərcləri hər kq yağa heç 0,50 dolları keçmir, daha aşağı olur. Məsələn, Poti limanından Bakıya 25000 kq yük gətirən soyuducu maşın cəmi 2500 dollar istəyir, yəni hər kiloya 10 sent, Potiyə qədər isə Avstraliyadan gələn gəmiyə hər kq-ya, maksimum, 0,40 dollar ödənilir, çünki yük həcmi çox böyük olduğundan qiymət ucuz olur. Deməli logistika 0,50 dollar 85 qəpik. Ümumi xərclər 12,84 manat.
"Satışda isə Avropa, Avstraliya və Yeni Zelandiyadan gələn yağ 18-19-20 manat arasıdır. İdxalçı öz, pərakəndə satış edən də öz qazancını qiymətə əlavə etsə qiymət 15-16 manatı keçməz, yəni rəqabətli mühit olsa, keçməməlidir. Potidən bir maşın yağ alıb bütün xərclərdən sonra (12,84 manat) üzərinə hər kiloya lap 1,5 manat qoysan, 37,5 min manat qazanc edir. Belə qazanc harada var ki?! Pərakəndə satış edənlər lap az qoyur, lap 50 qəpik də onlar artırsalar, yenə də qiymət 16 manat civarında sabitləşər".
Gürcüstanda kərə yağı 10-11 manatdırNatiq Cəfərli bildirir ki, dövlət ədalətli hakim olmalı, əlində olan vergi və rüsum kimi alətlərdən ağılla istifadə etməli, normal rəqabətli mühit yaratmalıdır.
"Dövlət gömrük rüsumunu 15%-dən 5%-ə çəksə, kərə yağına ƏDV-ni dünyada qiymət enənə qədər (ilkin olaraq 6 aylıq) ləğv etsə, qiymətlər həmən 30% düşər, hələ rəqabətli mühit yaratsa, kərə yağının qiyməti 10-11 manat olar, necə ki, Gürcüstanda indi elədir, orada hökumət nə etməlidirsə, məhz onu edir, çünki vətəndaşın səsindən asılıdır."