Donald Tusk: "Avropa Birliyi Madridlə Barselona arasında vasitəçi ola bilməz"

Donald Tusk: "Avropa Birliyi Madridlə Barselona arasında vasitəçi ola bilməz"
20 Oktyabr 2017
Mətni dəyiş

Avropa Birliyinin rəhbəri Donald Tusk Kataloniyanın İspaniya hökümətini dialoqa çağırması ilə bağlı məsələyə münasibət bildirib.

Abzas.net xəbər verir ki, Donald Tusk bu barədə Avropa Birliyinin Brüsseldə keçirilən sammitində danışıb.

“Avropa Birliyi İspaniyanın muxtar Kataloniya vilayəti ətrafında yaranmış vəziyyətə müdaxilə edə bilməz”, - deyə, Tusk deyib.

Tusk bildirib ki, Avropa Birliyi bu məsələ ilə bağlı vasitəçi kimi çıxış edə bilməz:

"Avropa Birliyi hətta Madrid və Barselona arasında vasitəci də ola bilməz".

İspaniya hakimiyyətinin müxtariyyət ideyasından geri çəkilmək üçün Kataloniya rəhbərliyinə verdiyi vaxt oktyabrın 19-da sona yetdi və Kataloniya tələbə məhəl qoymadı.

Bunda cavab olaraq, İspaniya hökuməti oktyabrın 19-da Kataloniyanın muxtariyyatını dayandırmağa və konstitusiyanın 155-ci bəndinə əsasən orda birbaşa idarəcilik tətbiq etməyə hazır olduğunu bəyan edib.

Kataloniya rəhbərliyi, Madridin Barselona ilə dialoqa keçməyəcəyi təqdirdə regional parlamentin müstəqillik bəyannaməsini qəbul edəcəyini bildirib.

Kataloniya oktyabrın 1-də müstəqilliklə bağlı referendum keçirib və 90 faizdən çox seçici müstəqilliyə hə deyib.

İspaniya hakimiyyəti referendumun qanunsuz olduğunu bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun