"Seyid Xaliq" ləqəbi ilə tanınan dindar Xaliq Siyabov sərbəst buraxılıb.
Abzas.net xəbər verir ki, bu barədə vəkil Yalçın İmanov məlumat verib.
X.Siyabovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğu məlum olub və sərbəst buraxılıb.
Vəkil hələlik onunla görüşmədiyi üçün hansı səbəbdən saxlanıldığını bilmir.
Vəkilin sözlərinə görə, X.Siyabovu oktyabrın 11-də polis əməkdaşları aparıblar. Bundan sonra onun barəsində hər hansı məlumat olmayıb.