Dəniz Baykal da AŞPA-da Azərbaycana qarşı səs verib [foto]

Dəniz Baykal da AŞPA-da Azərbaycana qarşı səs verib [foto]
13 Oktyabr 2017
Mətni dəyiş

Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı iki hesabat müzakirəyə çıxarılmış və əlavə və dəyişikliklər edildikdən sonra hər iki hesabat üzrə qətnamələr qəbul edilmişdi.

Abzas.net xəbər verir ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları-  Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici də olub.

Həmin qətnamə 117 lehinə, 18 əleyhinə olmaqla qəbul edilmişdi.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov həmin qətnamələri sərt tənqid etmişdi: “Burada yalan, böhtan, Azərbaycana qarşı ağlasığmaz faktları gündəmə gətirib səsləndirirlər. Azərbaycanda gedən hüquqi islahatlar, hakimlərin təyin olunması, qanunvericiliyin inkişaf etdirilməsi kimi məsələlər bütün dövlətlər tərəfindən qəbul olunub və bu, danılmaz faktdır. Ancaq məruzəyə "Azərbaycanda hüquqi islahatlara başlamaq lazımdır" sözlərini əlavə etmək o deməkdir ki, ya onlar Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər, ya da Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun