Çexiya rəsmisi Azərbaycana silah vermədiklərini deyir

Çexiya rəsmisi Azərbaycana silah vermədiklərini deyir
5 Oktyabr 2017
Mətni dəyiş

Çexiya senatının sədri Milan Stech ölkəsinin Azərbaycana silah satmadığını deyir Stech bildirib ki, Çexiya münaqişəli ölkələrə qarşı tədbiq edilmiş silah embarqosuna hörmətlə yanaşır.

"Sizi əmin etmək istəyirəm ki, Çexiya münaqişəyə cəlb edilən ölkələrə qarşı silah embarqosuna hörmətlə yanaşır. Çex silahının Azərbaycana necə düşməsini bilmirəm. Amma sizi əmin etmək istəyirəm ki, Çexiya hakimiyyəti buna razılıq verməyib” senat deyib.

Bir sıra kütləvi informasiya vasitələri bu yaxınlarda Azərbaycanla Türkiyənin keçirdiyi sonuncu birgə hərbi təlimlərdə Çexiya istehsalı olan “Dana” adlı qaubitsalardan da (özü yeriyən artileriya qurğusu) istifadə edildiyini yazmışdılar.

[embed]https://youtu.be/BRG6So5SJCo[/embed]

Çexiyanın xarici işlər nazirliyi də bundan əvvəl AzadlıqRadiosu Ermənistan xidmətinin sorğusuna cavab olaraq, Praqanın ümumiyyətlə son illərdə Azərbaycana silah satışına lisenziya vermədiyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun