Milli Şura sədri, professor Cəmil Həsənli ABŞ-da səfərdədir. Səfər çərçivəsində o, ABŞ Konqresində, Dövlət Departamentində, müxtəlif ictimai institutlarda görüşlər keçirib.
Abzas.net xəbər verir ki, Cəmil Həsənli görüşlərdə Azərbaycandakı siyasi vəziyyət müzakirə olunub.
Milli Şura sədri bildirib ki, o, görüşlərdə rəsmi şəxslərin diqqətini Azərbaycan hakimiyyətinin müxalifətçi fəallara qarşı ölkə daxilində davam etdirdiyi təqibləri artıq başqa dövlətlərdə də həyata keçirdiyinə yönəldib. C.Həsənli Gürcüstanda və Ukraynada azərbaycanlı fəalların təqib edilməsini nümunə göstərib.
"Bugünlərdə Azərbaycan hökumətinin müraciəti ilə jurnalist, TuranTV-nin əməkdaşı Fikrət Hüseynli Ukraynada saxlanılıb. Bundan qabaq da başqa bir jurnalist Əfqan Muxtarlı Tbilisidə oğurlanara Bakıya gətirilib və həbs olunub".
C.Həsənli görüşlərdə görüşlərdə AXCP sədrinin müavini Gözəl Bayramlının da Gürcüstanda izləndiyini və Azərbaycana qayıdarkən sərhəddə saxlanaraq, saxta ittihamla həbs edildiyini bildirib.
Milli Şura sədrinin sözlərinə görə, bunlar göstərir ki, Azərbaycan hökuməti təkcə ölkədə deyil, həm də geniş regionda hökumət kanalları və İnterpol kimi digər beynəlxalq qurumlar vasitəsilə Qərb dəyərlərini poza bilər.
O, ABŞ-ı Azərbaycanda insan hüquqlarını pozanlara qarşı ən yüksək səviyyədə sanksiyaların tətbiqinə çağırıb.
“Mən Azərbaycanda dəyişiklik etmək üçün ABŞ hökuməti tərəfindən hər hansı kömək istəmək fikrində deyiləm. Bu, bizim mübarizədir”, – deyə C.Həsənli vurğulayıb.