Cəbhəçi gəncə 10 sutka həbs verildi

Cəbhəçi gəncə 10 sutka həbs verildi
20 Oktyabr 2017
Mətni dəyiş

Rəcəb Hüseynova 10 sutkalıq inzibati həbs verilib

Abzas.net xəbər verir ki, cəbhəçi Binəqədidəki cəzaçəkmə müəssəsində saxlanılır.

AXCP Saatlı rayon şöbəsi Gənclər Təşkilatının üzvü, iki gün qabaq saxlanıldığı deyilən Rəcəb Hüseynli bu gün Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında tapılıb. Bu barədə vəkil Əsabəli Mustafayev Facebook statusunda yazıb: “Rəcəb Hüseyov barəsində 10 gün müddətinə inzibati həbs tədbiri tətbiq olunub və hazırda Binəqədidəki cəzaçəkmə müəssəsində saxlanılır”.

AXCP Saatlı şöbəsinin üzvü Rəcəb Hüseynovu Biləsuvar rayonunda qonaq getdiyi evdə, Saatlı rayon polisi şöbəsinin əməkdaşları həbs etmişdi.

Rayon polisi onu Bakıya aparıb və hara, kimə təhvil verdiyi barədə Rəcəbin ailəsinə heç bir xəbər verməmişdi. İsrarlı tələblərdən sonra rayon polisindən R.Hüseynovun valideynlərinə bildirilmişdi ki, göstəriş Bakıdan gəlib və onlar Rəcəbi Bakıda kimə təhvil verdiklərini bilmirlər. Dünən Ombudsman aparatı da bu hadisəsindən məlumatlandırılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun