"2018-ci ilin büdcə layihəsi, eləcə də son zamanlar baş verən iqtisadi hadisə və proseslərin təhlili göstərir ki, Azərbaycan hakimiyyəti neft bumu dövründəki köhnə siyasəti bərpa edir. Görünür, iqtisadi islahata gedə bilməyən hökümət nə yolla olursa olsun növbəti ildə iqtisadi artıma çıxmaq istəyir".
Abzas.net xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, ADR hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib.
Onun sözlərinə görə, növbəti ilin hakimiyyət üçün önəmi hətta onları köhnə qaydalarla da olsa iqtisadi dəyişiklərə nail olmağa məcbur edib.
"Belə ki, növbəti ildə dövlət investisiyalarını 6,8 milyard manat proqnozlaşdıran hökümət onun 4,9 milyard manatını və ya 72 faizini büdcədən maliyyələşdirmək niyyətindədir. Bir sözlə, gələn ilin dövlət büdcəsinə yığılan pulların hər 100 manatından 38 manatı tikintiyə xərclənəcək. Bu halda gələn il büdəcədən maliyyələşən investisiyalar bu illə müqayisədə 83 faiz çox olacaq".
Neft sektoruna 6,4 milyard manat sərmayə qoyulacaqEkspertin sözlərinə görə, eyni zamanda büdcədən dövlət əsaslı vəsait qoyuluşuna (tikintiyə) ayrılan xərclər təhsil, səhiyyə və sosial müdafiə xərclərinin birlikdə cəmindən də yuxarıdır.
[caption id="attachment_39913" align="aligncenter" width="1280"] Qubad İbadoğlu[/caption]Bununla yanaşı, proqnozlara görə, gələn il neft sektoruna 6,4 milyard manat sərmayə qoyulacaq ki, bu da Azəri-Çıraq-Günəşli yatağının istismarının davam etdirilməsi üzrə yeni imzalanan saziş çərçivəsində həyata keçiriləcək.
Büdcənin 46 faizi neft fondundan transferlərdən formalaşacaqQubad İbadoğlu deyir ki, 2018-ci ilin büdcəsinin 9,2 milyard manatı və ya 46 faizə qədəri dövlət neft fondunun transfertlərindən formalaşacaq. Bu da bu illə müqayisədə 3,1 milyard manat və ya 51 faiz çoxdur.
"Əslində nə baş verir. Hökümət bir tərəfdən Neft Fondundan büdcəyə transfertləri yenidən artırmağa qərar verməklə, digər tərəfdən də neft pullarının hesabına dövlətin investisiya xərclərini çoxaltmaqla 2 il əvvəl götürdüyü iqtisadi kursdan imtina edir və yenə də 2015-ci ildən əvvəlki siyasətə qayıdır. Bunu şərtləndirən 2 amil daha qabarıq görsənir".
"İslahatları imitasiya edən hökümətin sərmayə cəlbi özünü doğrultmadı"Ekspert bildirir ki, hökumət bir tərəfdən iqtisadi islahatları imitasiya edən hökümətin bu il xaricdən sərmayə cəlbi ilə bağlı planları özünü doğrultmadı, əksinə, əlverişsiz biznes mühitinə görə xarici və yerli investorlar ölkədən getməyə başladılar.
"Digər tərəfdən də bu il tənəzzülü kənd təsərrüfatı və xidmət sektorunun hesabına dayandırmağı hədəfləyən və ona nail ola bilməyən hökümət gələn ildən dövlətin əsaslı kapital qoyuluşuna daha çox vəsait ayırmaqla məcmu təklifi artırmaqda və xüsusilə də tikinti sektorunda işgüzar mühiti bərpa etməkdə israrlı görsənir".
Sonrakı illərdə iqtisadiyyatda yenidən tənəzzül başlayacaqQ.İbadoğlunun sözlərinə görə, bununla da növbəti ildə artıma da nail olmaq mümkündür. Lakin, bu artım yenə də davamlı olmayacaq.
"Gələn il artım olsa da ondan sonrakı illərdə iqtisadiyyatda yenidən tənəzzül başlayacaq. Çünki, gələn ilki artımın mənbəyi əsasən neft gəlirlərinə və ondan maliyyələşən sərmayələrə bağlandırığından dayanıqlı deyildir".
Buna da bax: 2018-ci ilin dövlət büdcəsi nə qədər olacaq, sahələrə nə qədər xərclənəcək?