Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” İnternet Televiziyasının rəhbərli Əziz Orucovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Abzas.net xəbər verir ki, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə baxış iclası keçirilib.
Dövlət ittihamçısı ittiham aktını elan edib, Ə.Orucov özünü təqsirli bilmədiyini deyib. Əziz Orucovdan qardaşına görə qisas alırlar?
Ə.Orucovun anası Almaz Həsənova şahid qismində ifadə verərək deyib ki, oğlunun qrant alıb-almamasını bilmir: “Görəsən qardaşın işinə görə qardaş, atanın işinə görə oğul çəza çəkməlidirmi? Bu işi aparan müstəntiq mənə dedi ki, Əziz qardaşı Anarın etdiklərinin cəzasını çəkir. Qafqaz Media Tədqiqatlar Mərkəzini Anar yaradıb, o təşkilata ayrılan pulları da Anar götürüb. Əzizin heç nədən xəbəri olmayıb”.
Məhkəmə prosesi oktyabrın 17-də davam etdiriləcək. XATIRLATMA Orucov mayın 2-də polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 gün müddətinə həbs edilib.
Bu müddət başa çatdıqdan sonra ona qarşı CM-in 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət ittihamları irəli sürülüb.
Orucova qarşı iş 2014-cü ilin yazında onlarla QHT-yə qarşı başlamış ümumi işdən ayrıca icraata ayrılıb.
Jurnalist ittihamları təkzib edib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.