Bu gün YUNESKO-ya yeni rəhbər seçiləcək

Bu gün YUNESKO-ya yeni rəhbər seçiləcək
9 Oktyabr 2017
Mətni dəyiş

Bu gün Parisdə YUNESKO-nun İcraiyyə Şurasının (İŞ) 202-ci sessiyası çərçivəsində təşkilatın yeni baş direktoru seçiləcək.

Abzas.net xəbər verir ki, namizədlər arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da var.

Bu gün səsvermənin ilk turu keçiriləcək. Sesvermə gizli yolla baş tutacaq.

Əgər namizədlərdən heç biri tələb olunan 58 səs baryerini aşa bilməsə, səsvermə növbəti dörd mərhələ ilə davam edəcək.

Qalibin elan olunması üçün son günün 13 oktyabr olduğu bildirilir.

Yeni baş direktorun səlahiyyətlərinin icrasına noyabrın 15-dən başlayacağı gözlənilir.

Bunadək, 8 il ərzində YUNESKO-ya bolqarıstanlı İrina Bokova rəhbərlik edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun