BŞİH Milli Şuranın 28 oktyabr mitinqinə razılıq verib

BŞİH Milli Şuranın 28 oktyabr mitinqinə razılıq verib
26 Oktyabr 2017
Mətni dəyiş

Oktyabrın 25-i Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

Abzas.net xəbər verir ki, Milli Şura oktyabrın 28-də mitinq keçirməklə bağlı BŞİH-ə müraciət etmişdi.

BŞİH aksiyanın keçirilməsinə razılıq verib.

Mitinq ölkədən 3.2 milyard manatın ölkədən çıxarılmasına və ümumilikdə ölkədə baş alıb gedən rüşvət və korrupsiyaya, eləcə də hakimiyyətin repressiyalarına etiraz məqsədilə keçirilir. Aksiyada “Talana yox”, “Siyasi məhbuslara azadlıq” kimi şüarların səsləndirilməsi planlaşdırılır.

Daha öncə, Milli Şura oktyabrın 7-si və sentyabrın 23-də paytaxtda razılaşdırılmış aksiya keçirib. Milli Şura rəhbərliyi çıxışlarda bəyan edib ki, ölkədə korrupsiyanın başında prezident İlham Əliyev durur.

Aksiyaların təşkilatçılığında və təbliğatında iştirak etmiş 10-dan çox fəal saxlanaraq inzibati qaydada həbs edilib.

Milli Şura bəyan edib ki, bu aksiyanın kütləviliyinin qarşısını almaqdan ötrü hakimiyyətin repressiv tədbirlərinin tərkib hissəsidir və insanları qorxutmaq məqsədi daşıyır.

Bir neçə gün öncə Avropa Birliyi Şurasından gələn qonaqları qəbul edən prezident İlham Əliyev də aksiyalar məsələsinə toxunub. O deyib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir. Sadəcə xalq belə aksiyaları dəstəkləmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun