"Sərhədsiz Reportyorlar" beynəlxalq jurnalistləri müdafiə təşkilatı 2017-ci il üçün dünyada söz azadlığı indeksini açıqlayıb.
Abzas.net xəbər verir ki, indeks 180 ölkəni əhatə edib. Hesabatda yer alan ölkələr 5 kateqoriyaya bölünüb: mətbuat azadlığının vəziyyəti yaxşı olan ölkələr, qənaətbəxş vəziyyətdə olan ölkələr, müəyyən problemlər olan ölkələr, çətin vəziyyətdə olan ölkələr və çox ağır vəziyyətdə olan ölkələr.
Söz azadlığının ən yaxşı vəziyyətdə olduğu ilk beş ölkə Norveç, İsveç, Finlandiya, Danimarka və Niderlanddır.
Azərbaycan siyahıda 162 yerdə olmaqla mətbuat azadlığı "ən ağır vəziyyət" kateqoriyasına aid 20 ölkə sırasındadır.
Azərbaycan eyni kateqoriyaya yer alan ölkələr Burundi (160), Misir (161), Liviya (163), Bəhreyn (164), İran (165), Somali (167), Səudiyyə Ərəbistanı (168), Kuba (173), Çin (176), Suriya (177) kimi ölkələrdir.
Gürcüstan və Ermənistan xeyli irəlidədir [caption id="attachment_48929" align="aligncenter" width="2552"] Azərbaycan Suriya, Çin, Burundi, Səudiyyə Ərəbistanı, Misir, Liviya ilə eyni sıradadır[/caption]Azərbaycanın qonşuları Gürcüstan 64-cü, Ermənistan 79-cu yerdə olmaqla xeyli irəlidədir. Digər qonşu ölkələrdən Rusiya 148-ci, Turkiyə isə 155-ci yerdədirlər. İndeksdə Afrikanın 39 ölkəsində media azadlığının vəziyyəti Azərbaycandan yaxşıdır.
Hesabatda son üç yeri Türkmənistan (178), Eritrea (179) və Şimali Koreya (180) tamamlayır.
"Sərhədsiz Reportyorlar" təşkilatı bu indeksi 2002-ci ildən bəri açıqlayır. Media azadlığı plüralizm, medianın müstəqilliyi, jurnalistlərin təhlükəsizliyi və azadlığına sayqı meyarları əsasında ölçülür.