Azərbaycan hökumətinin daha bir 'dostu' federasiya rəhbərliyindən qovuldu

Azərbaycan hökumətinin daha bir 'dostu' federasiya rəhbərliyindən qovuldu
11 Oktyabr 2017
Mətni dəyiş

Kəmaləddin Heydərovla rüşvət əməliyyatında iştirak edən digər şəxsə qarşı cinayət işi qaldırıldı.

Beynәlxalq Hәvәskar Boks Assosasiyasının prezidenti Wu Ching-kuo tutduğu vәzifәdәn azad edilib. Bu barәdә qәrarı AİBA-nın İntizam Komisiyası verib.

2011-ci ildә "BBC sensasion" Azərbaycan hökumətinin də adının keçdiyi korrupsiya hadisəsi ilə bağlı mәlumat yaymışdı. Xәbәrdә deyilirdi ki, 2012-ci ildә Londonda keçirilәcәk olimpiadada Azәrbaycan boksçuları üçün qızıl medalların satın alınması ilә bağlı razılaşma olub.

"Bu mәqsәdlә Azәrbaycan Boks Federasiyasının prezidenti Kәmalәddin Heydәrovla AİBA-nın icraçı direktoru Xo Kim arasında 10 milyon dollarlıq müqavilә imzalanıb. Bundan әlavә 10 milyon dollarlıq vәsait verilmә әrәfәsindә Azәrbaycan Boks Federasiyasının prezidenti Kәmalәddin Heydәrovla AİBA  prezidenti Wu Ching-kuo arasında boks üzrә 16-cı dünya çempionatının keçirilmәsi ilә bağlı müqavilә imzalanmışdı. Bu isә o demәkdir ki, Azәrbaycanda boks üzrә dünya çempionatını keçirmәk 10 milyonluq müqavilәnin şәrtlәrindәn biri olub".

Problemlər həll olunmasa, federasiya maliyyələşdirilməyəcək [caption id="attachment_48504" align="aligncenter" width="1024"] Ho Kim[/caption]

Bu hadisә çox böyük qalmaqala sәbәb oldu vә Beynәlxalq Olimpiya Komitәsi AİBA-ya ötәn il faktiki ultimatum verdi. Qoyulan tәlәbdә deyilirdi ki, nә qәdәr ki, AİBA tәşkilatın maliyyә idarәçiliyindәki problemlәri aradan qaldırmayıb, lazımi anti-dopinq tәdbirlәri görmәyib, hakimliklә bağlı yaranmış problemli mәsәlәlәri hәll etmәyib, o vaxta qәdәr Beynәlxalq Olimpiya Komitәsi AİBA-nın maliyyәlәşmәsini hәyata keçirmәyәcәk.

Bunun nәticәsindә AİBA-da bir qrup şәxs açıq şәkildә Wu Ching-kuo-nun istefasını tәlәb etmәyә başladılar. Aylarla davam edәn mübarizәdәn sonra onu vәzifәsindәn kәnarlaşdırmaq mümkün oldu.

Kәmalәddin Heydәrovla 10 milyonluq müqavilә imzalamış AIBA-nın bundan əvvəlki icraçı direktoru Ho Kim isə İsveçrәdә 3 cinayәt işinə cəld edilib. Federasiyanın keçmiş icraçı direktoru 10 milyon dollar mәnimsәmәkdә ittiham edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun