Ayşad Məmmədov: "İşdən çıxmaq barədə ərizəni istəmədən yazmışam"

Ayşad Məmmədov: "İşdən çıxmaq barədə ərizəni istəmədən yazmışam"
18 Oktyabr 2017
Mətni dəyiş

Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub. Dünən telə həmin teatrda oynanılan “Almaz” tamaşasında Ayşad Məmmədovun yerinə tamaşaya başqa aktyor çıxarılıb.

Elə həmin tamaşada oynadığı Ocaqqulu roluna görə, Cəfər Cabbarlı mükafatına layiq görülmüş aktyor bu barədə danışıb:

“Oktyabrın 17-i tamaşam var idi. Almaz”da Ocaqqulunu oynamalı idim. Trupppa müdiri mənə zəng edib dedi ki, mən yox, mənim yerimdə aktyor Ramin Şıxəliyev oynayacaq. Mən işdən azad olunmağım haqda ərizə yazmışam, amma bunu istəmədən yazmışam. Rəhbərliyə də demişəm. Onlar da nəzərə alacaqlarını deyiblər. Amma hər hansı bir əmr olmadan rollarımı bölüşdürüblər.

“Qətibə İnanc” da məşq etdiyim Sultan Toğrul rolunu da başqa aktyora Kazım Abdullayevə veriblər. Mən öz işini də, dövlətini də sevən adamam. Və dövlətə qarşı hansısa çıxış etdiyim də olmayıb”.

Aktyor Akademik Milli Dram teatrında “Sənətkarın taleyi”, “Anamın kitabı”, “Almaz” kimi tamaşalarda rolları var. Öz yazdığı pyes əsasında tamaşaya qoyulan “İuda” tamaşasındakı roluna görə bu ilin avqustunda Bolqarıstan Monotamaşalar festivalında mükafatlandırılıb.

Ayşad Məmmədov 7 oktyabrda Bakıda baş tutan "Monarxiyaya yox!" mitinqində iştirak edib. Daha sonra aktyorun işdən çıxarılması ilə bağlı məlumat yayılsa da, təsdiqin tapmamışdı. Milli Şuranın mitinqində Ayşad Məmmədovla birlikdə tanınmış aktyorlar Abbas Qəhrəmanov və İlqar Cahangir də iştirak etmişdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun