"Avropa İttifaqı yalnız vahid İspaniyanı üzv kimi tanıyır"
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) iqtisadiyyat və maliyyə komissarı Pyer Moskovisi deyib.
Onun sözlərinə görə, Kataloniya müstəqil olarsa, Aİ-dən çıxarılacaq: "Müstəqillik əldə edəcəyi təqdirdə, Avropa Komissiyası Kataloniyanı Aİ-dən çıxaracaq".
Eyni zamanda komissar hadisələrin belə gedişini "siyasi fantastika" adlandırıb.
O vurğulayıb ki, əslində, heç bir katalon müstəqilliyi yoxdur, amma böhrandan çıxış yolunu ispanların özləri dialoq vasitəsilə tapmalıdır.
Kataloniyanın müstəqilliyi üzrə "referendum" oktyabrın 1-də keçirilib, İspaniya hökuməti onun konstitusiyaya zidd olduğunu elan edib.