AŞPA-da "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı hesabat qəbul edilib

AŞPA-da "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı hesabat qəbul edilib
11 Oktyabr 2017
Mətni dəyiş

Avropa Şurasının Parlament Assambleyasının payız sessiyası çərvivəsində oktyabrın 11-də Azərbaycanla bağlı "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı hesabat müzakirəyə çıxarılıb.

Azərbaycan nümayəndə heyyəti kütləvi etiraz aksiyaların keçirilməsi, prokurorluq orqanlarının sifarişlə fəaliyyət göstərməsi, hakimiyyətin nəzarətində olması və digər hissələrinin dəyişdirilməsini təklif ediblər. Səsvermədən sonra bu dəyişikliklərin heç biri qəbul olunmayıb.

Hesabatı həmməruzəçilər Stefan Schennach və Cezar Florin Preda hazırlayıblar.

117 nəfər sənədin lehinə, 18 nəfərsə əleyhinə səs verib və sonda qəbul olunub.

Bundan sonra AŞPA "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar" adlı hesabatın müzakirəsinə başlanıb.

Hesabata siyasi səbəblərlə həbs sözü əlavə olunub.

Səməd Seyidov buna kəskin etiraz bildirib. Deyib ki, hesabata istənilən kəlməni əlavə etmək olar:

"Amma bu həqiqət deyil. Biz dialoq aparmaq üçün əlimizdən gələni edirik. Amma siz durumu daha da şişirdirsiniz", - Seyidov bildirib.

Səməd Seyidov deyib ki, illərdir Azərbaycanda iislahatlar aparılır. Nəyə görə bu hesabatda heç bir islahat aparılmır yazılır?

Ilqar Məmmədovun həbsdə saxlanmasına səbəb ona qarşı konkret ittihamalardır. Hesabatdan bu hissənin də çıxarılması təklif olunub. Azərbaycan nümayəndə heyətindən Vüsal Hüseynov bildirib ki, bu cümlənin çıxarılması hesabatın obyektivliyini itirmiş olacaq. Lakin böyük çoxluq dəyişikliyin lehinə səs verib.

"Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar" adlı hesabat sonda 114 səslə qəbul edilib.

24 nəfər bunun əleyhinə səs verib, 14 nəfərsə bitərəf qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun