Aslan İsmayılov barəsində cinayət işi açılıb

Aslan İsmayılov barəsində cinayət işi açılıb
16 Oktyabr 2017
Mətni dəyiş

Hüquqşünas Aslan İsmayılov barəsində cinayət işi başlanıb. Bu barədə keçmiş vəkil sosial şəbəkədə məlumat yayıb. 

Abzas.net xəbər verir ki, hüquqşunas barədə Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb:

"Bu dəqiqələrdə Binəqədi Rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi Rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb. Bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacam".

"Hakimiyyətə maksimum loyal yanaşmağa çalışmışam"

A.İsmayılov bildirir ki, bu cinayət işi onu qorxutmaq məqsədi daşıyır. O deyir ki, bu günə qədər dediklərini bir daha təkrarlayır, Azərbaycana gəldiyi 1989-cu ildən bu günə qədər heç bir dəstədə olmayıb.

"Bütün varlığımla hakimiyyət üçün deyil, dövlətim üçün çalışmışam və bundan sonra da çalışacam. Məni həbslə qorxutmaq, tutduğum yoldan çəkindirmək istəyənlərə də bir daha bildirirəm, Azərbaycan mənim vətənimdir və burada baş verən qanunsuzluqlara, biabırçılıqlara özümü cavabdeh saymışam və sayacam".

"Bildiklərimin, gördüklərimin az hissəsini ictimaiyyətə çatdırmışam"

Aslan İsmayılov bildirib ki, bu günə qədər hakimiyyətə qarşı loyallıq göstərsə də, həbsindən sonra bu belə olmayacaq:

"Bu günə qədər, nə qədər çətin olsa, ittihamlara məruz qalsam da hakimiyyətə maksimum loyal yanaşmağa çalışmışam, bildiklərimin, gördüklərimin az hissəsini ictimaiyyətə çatdırmışam. Sadəcə həbsimlə mənə hərəkətlərimdə daha çox azadlıq verəcəksiniz. Bilin, nəinki həbsim, ölümüm də məni oğru, quldurların qarşısında əyməyəcək".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun