Arif Hacılı 'Şərq Tərəfdaşlığı' çərçivəsində Avropa Parlamentinə dəvət edilib

Arif Hacılı 'Şərq Tərəfdaşlığı' çərçivəsində Avropa Parlamentinə dəvət edilib
17 Oktyabr 2017
Mətni dəyiş

Noyabr ayında Avropa Parlamentində Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində sammit keçiriləcək.

Abzas.net xəbər verir ki, bu barədə Müsavat başqanının müavini Yadigar Sadıqlı məlumat verib. Brüsseldə keçiriləcək sammit çərçivəsində Azərbaycanla da bağlı müzakirələrin olacağı gözlənilir.

Yadigar Sadıqovun sözlərinə görə, bu müzakirələrə Azərbaycandan Müsavat Partiyasının başqanı Arif Hacılı, hakimiyyət tərəfindən isə ölkə başçısı İlham Əliyev dəvət ediliblər.

Şərq Tərəfdaşlığı – Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində post-sovet ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür.

Şərq tərəfdaşlığı proqramı Avropa Birliyinin altı qonşu ölkəsini – Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarusiya və Ukraynanı əhatə edir.

Proqrama daxil edilən ölkələrdən Gürcüstan, Moldova və Ukrayna ilə tərəfdaşlıq sazişi imzalanıb. Ermənistanla bu dəfəki sammitdə müqavilə imzalanacağı gözlənilir. Azərbaycanla isə danışıqlar davam edir, müqavilənin bəndləri razılaşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun