Apellyasiya Məhkəməsi Əfqan Muxtarlının şikayətini təmin etməyib

Apellyasiya Məhkəməsi Əfqan Muxtarlının şikayətini təmin etməyib
23 Oktyabr 2017
Mətni dəyiş

Oktyabrın 23-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının həbs müddətinin uzadılmasından verilən şikayətinə baxılıb.

Abzas.net xəbər verir ki, məhkəmə iclası hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilib.

Məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.

Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun