Ankara bələdiyyə başçısı Melih Gökçek: Erdoğan əmr etdi, mən də istefa verdim

Ankara bələdiyyə başçısı Melih Gökçek: Erdoğan əmr etdi, mən də istefa verdim
28 Oktyabr 2017
Mətni dəyiş

Türkiyənin paytaxtı Ankara şəhərinin bələdiyyə başçısı Melih Gökçek bu gün vəzifəsindən istefa verib.

Abzas.net xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Melih Gökçek istefa əmirini prezident Recep Tayyip Erdoğandan aldığını bildirib:

“İstefamı Recep Tayyip Erdoğan istədi. Əmr dəmiri kəsər. Uğursuz çalışdığım üçün, yorğun olduğum üçün getmirəm, sadəcə, ölkəmi lider ölkə edəcəyinə inandığım Erdoğanın tələbini yerinə yetirirəm. Liderimiz Erdoğanın əmrinə əməl edərək bələdiyyə başçısı vəzifəsindən ayrılıram.”

Melih Gökçek 23,5 il idi Ankaranın bələdiyyə başçısı vəzifəsini icra edirdi.

Bundan öncə İstanbul və Bursa bələdiyyələrinin AKP-dən olan rəhbərləri də istefaya gedib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun