"Almaniyada oxşar hal olanda, həmin oyunçunu futboldan birdəfəlik silirlər"

"Almaniyada oxşar hal olanda, həmin oyunçunu futboldan birdəfəlik silirlər"
9 Oktyabr 2017
Mətni dəyiş

Almaniya - Azərbaycan matçından öncə baş tutan mətbuat konfransına Joachim Löw-dən başqa Almaniya Futbol Federasiyasının prezidenti Reinhard Grindel də qatılıb. Bu barədə oyunu izləyən blogger Şəfi Şəfiyev məlumat yayıb. 

Abzas.net xəbər verir ki, Qrindel öz ölkəsinin yığmasını DÇ-2018-ə vəsiqə qazanması münasibətilə təbrik etdikdən sonra azərbaycanlı jurnalist Rasim Əliyevin öldürülməsindən danışıb.

O, jurnalistin ölümündə təqsirləndiriliərək həbs olunmuş Cavid Hüseynovun vaxtından əvvəl azadlığa buraxılmasına görə Azərbaycan hökumətindən izahat tələb edib:

Rasim Əliyevün ölümünə görə hökumətdən izahat tələbi

"Bir müddət əvvəl azərbaycanlı jurnalist Rasim Əliyev öldürüldü. Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov həbsdən tez çıxarıldı. Bunun səbəbini bilmirik. Vəfat edən jurnalistin ailəsinə başsağlığı veririk. Buna görə çox üzgünük. Azərbaycan hökumətindən tələb etdik ki, Cavidin niyə tez sərbəst buraxıldığını izah etsin".

Federasiya prezidenti bildirib ki, onlar futbolçunun belə hərəkət etdiyini bilmirdi. Bakıda Almaniyaya qarşı oyundan sonra xəbərləri olub.

Belə bir əməldə əli olmuş oyunçu niyə tez azadlığa buraxıldı?

"Ona kimi hamı yazırdı ki, niyə Cavid oynayır? İnsanlara maraqlıydı ki, belə bir əməldə əli olmuş oyunçu niyə bu qədər tez azadlığa çıxa bilər? Kimin imkanı varsa, hər şey edə bilir. Biz qarşı tərəfdən açıqlama istəyirik. Almaniyada belə bir hal olanda, həmin oyunçunu futboldan birdəfəlik silirlər".

Reinhard Grindel bildirib ki, Almaniyada bütün mətbuat ona Cavid Hüseynovun məsələsi ilə bağlı məktub yazıb:

"Cavidin təqsirli olduğunu demirəm. Bunu deməyə haqqım da yoxdur. Ona 4 il verilmişdi. Lakin heç nə olmadan həbs müddətini qısaltılar. Niyə belə bəraət aldı? Niyə həbsini tam yatmadı? Bizə bunun cavabı lazımdır".

Xatırlatma

Jurnalist Rasim Əliyevi futbolçu Cavid Hüseynovla Facebook şəbəkəsində yaşadığı insident zəminində, 2015-ci ilin avqustun 8-də bir qrup şəxs döymüşdü. Bir gün sonra isə o, Kliniki Tibbi Mərkəzdə vəfat etmişdi.

Bu hadisə ilə əlaqədar Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. İstintaqın sonunda Cavid Hüseynov haqqında cinayət işi ayrılıb.

Cinayəti bilib xəbər verməməkdə suçlanan Cavid Hüseynov 2016-cı il mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ötən il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalisti birbaşa döydükləri bildirilən Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov isə 13 il azadlıqdan məhrum ediliblər.

Jurnalistin müdafiəçiləri məhkəmənin qərarları ilə razılaşmırlar. Onlar hesab edir ki, jurnalistin ölümünə görə, vəfat etdiyi xəstəxananın həkimləri də məsuliyyətə cəlb edilməli idi. Üstəlik, onlar düşünürlər ki, futbolçu Cavid Hüseynovun bu məsələdə məsuliyyəti yalnız cinayəti bilib gizlətməkdən ibarət deyildi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun