ABŞ Türkiyəyə sanksiyası qoydu, viza verilməsini dayandırıldı

ABŞ Türkiyəyə sanksiyası qoydu, viza verilməsini dayandırıldı
9 Oktyabr 2017
Mətni dəyiş

Oktyabrın 8-də ABŞ Türkiyədən edilən viza müraciətlərini müddətsiz olaraq dayandırıb. Bu barədə ABŞ-ın Ankaradakı səfirliyi bəyanat yayıb. 

Abzas.net xəbər verir ki, bu qərar bir neçə gün öncə ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşı Metin Topuzun həbsindən sonra baş verib.

ABŞ səfirliyinin yaydığı bəyanatda deyilir ki, Türkiyədən ediləcək qeyri-miqrasiya məqsədli viza müraciətləri müddətsiz dayandırılıb. Səfirlik bu addımın ölkədəki "işci heyətinin təhlükəsizliyi" ilə bağlı atıldığını deyib.

"Son vaxtlar yaşanan hadisələr Amerika hökumətini Türkiyə-ABŞ diplomatik missiyasının qurumları və heyətinin təhlükəsizliyi ilə bağlı öhdəliklərini yenidən dəyərləndirmək məcburiyətində qoyub. Bu müddət ərzində səfirliyə və konsulluğa edilən müraciətlərin sayını azaltmaq üçün ABŞ bu andan etibarən Türkiyədəki ABŞ səfirliklərində qeyri-miqrasiya məqsədli viza xidmətlərini dayandırır”.

Türkiyə də ABŞ-a viza qadağası qoyub

ABŞ-ın bu qərəndan sonra Türkiyənin Vaşinqtondakı Böyük Elçiliyi bəyanat yayıb. Buna cavab olaraq Türkiyə də ABŞ vətənadşlarına viza verilməsini dayandırıb. Bu barədə Türkiyənin ABŞ-dakı səfirliyinin "Twitter" səhifəsi məlumat verib.

ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib.

Rəcəb Tayyib Ərdoğan və Donald Trampın 21 sentyabr 2017-ci il tarixdəki görüşündən sonra belə bir qərarın verilməsi Türkiyə ictimaiyyəti üçün gözlənilməz olub.

Baxmayaraq ki, sentyabrın 28-də ABŞ hökuməti Türkiyəyə səyahət edən vətəndaşlarına xəbərdarlıq edərək onların, xüsusilə də Türkiyənin cənub-şərqinə getməmələrini tövsiyə etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun