ABŞ prezidenti Donald Trump miqrantların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb.
Abzas.net xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 24-də miqrantların qəbuluna qoyulmuş 120 günlük qadağa müddəti başa çatır.
Bildirilir ki, bu 120 gün qadağa ölkənin təhlükəsizliyini gücləndirib.
Fərmanda qeyd olunub ki, miqrantlar qəbul ediləcək, lakin bir neçə ölkədən qaçqınların qəbuluna 90 günlük əlavə məhdudiyyətlər tətbiq ediləcək. Məhdudiyyətlərin adı çəkilməyən 11 ölkəni əhatə edəcəyi bildirilir. Bu 11 ölkənin vətəndaşları yaxın üç ay müddətdə ABŞ ərazisinə yalnız ayrı-ayrı hallarda buraxılacaqlar.
Dövlət Departamenti bütün ölkələrdən qaçqın ailələrinin hər bir üzvünün əlavə yoxlama prosedurlarına məruz qalacaqlarını bəyan edib.